Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub?

Baxılıb: 292     Tarix: 25-01-2022 15:08   

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün DİM-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumatı nə təsdiq, nə də təkzib edib: "Bu barədə məndə hər hansı məlumat yoxdur".
Ramin Bayramlının atası Baba Bayramlı da oğlunun təyinatından xəbərsiz olduğunu deyib: "Mənim məlumat yoxdur, sizdən eşidirəm".
Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar