Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rəsulzadənin abidəsi ziyarət edildi

Baxılıb: 266     Tarix: 31-01-2022 15:42   

Bu gün Müsavat Partiyasının bir qrup üzvü Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi münasibətilə onun anadan olduğu Novxanı kəndindəki abidəsinin önünə yürüş ediblər.
Qanunvehedef.az xəbər verir ki, yürüşdə çıxış edən partiyanın başqanı Arif Hacılı bildirib ki, Rəsulzadə şəxsiyyət olaraq yalnız Novxanı kəndi Azərbaycan və Qafqaz üçün deyil, bütün dünya üçün möhtəşəm şəxsiyyətdir:
"Azərbaycan xalqı fəxr edir ki, ölkəmizdə Rəsulzadə kimi böyük şəxsiyyət doğulub. Rəsulzadə böyük siyasətçi olmaqla yanaşı həm də qüdrətli bir jurnalist, maarifçi və xeyriyyəçi idi. Onun Azərbaycanda anılması təbiidir".
Partiyanın eks başqanı İsa Qəmbər isə bildirib ki, bu gün Rəsulzadəni bütün dünya tanıyır və dəyərləndirir.
Qeyd edək ki,  yürüş iştirakçıların Rəsulzadənin abidəsi önünə gül qoymaqla yekunlaşıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}