Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

TELMAN ATAMALIYEVİN PROBLEMLƏRİ NƏ VAXT HƏLL OLUNACAQ?!

Baxılıb: 521     Tarix: 18-02-2022 13:10   
 
Problemli bir dövrdə yaşayırıq. Kimi dindirirsən problemləriundən, çətinliklərindən danışır.Təbiiki, onların həll olunması, axarına düşməsi zamandan asılıdır. Amma, elə insanların düşdüyü problemlər də vardır ki, həlli müşkül məsələyə çevrilir, illərlə uzadılır, sanki elə belə də olmalıymış.
   
 Telman Atamoğlan oğlu Atamalıyevin də düşdüyü vəziyyət elə buna bənzəyir. 58 yaşı olmasına baxmıyaraq bu vaxta kimi mənzilsizlik ucbatından özünə normal bir həyat qura bilməmiş, evlənməmişdir. Abır həyasına sığınaraq, bakir olaraq, anormal bir vəziyyətdə yaşamağa məcbur olmuşdur.
 
 Telman Atamalıyev ağıllı və təmiz mənəviyyatlı ailədə doğulmuşdur. Valideynləri dindar olmuş, Allahdan qorxan və ədəbli insanlar  olmuşlar. Belə bir ailədə böyüyən Telmanın həyatı isə cox narahat və əzablı günlərlə dolu olan bir həyat olmuşdur.
   
Ağır həyat yolarında coxlu cətinliklərlə üzləşən Telman müxtəlif idarələrdə və uzun müddət ağır sənayedə xüsusilə ağır işlərdə işləmişdir. 1980-ci ildən mənzil növbəsində olsa da hələ də yaşamaq üçün normal bir şəraiti yoxdur.

Şirvan şəhəri İcra Hakimiyyəti Başçısının müavini Orxan İbrahimovun ona göndərdiyi şablon və başdansovdu cavab da təəssüf doğurur. Bəs bu adam nə vaxt mənzil alacaq? 58 yaşı var, özünə ailə qura bilmir! İnsanlıq göstərib hec olmasa ona bir otaqlı mənzil vermək olmazmı?!
 
 Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin 02 fevral2022-ci il tarixli, 2-1(120)-993/2022 saylı sərəncamı ilə bu işin müsbət həlli üçün müvafiq qərar verilmişdir.

Telman Atamalıyevin ata evi də bərbad vəziyyətdədir. Yaşamaq üçün heç bir şəraiti yoxdur.Fərdi evin qazı, işıqı yoxdur, su-kanalizasiya xətti kəsilmişdir. Heç bir normal şəraiti olmayan evdə insan necə yaşasın?
   
Əlaqədər Təşkilatlar məsuliyyəti biri-birinin üzərinə atır, konkret bir iş görmək istəmirlər. Əgər həmin evə qaz, isıq, su-kanalizasiya çəkilərsə  (su-kanalizasiya xətti) bərpa edilərsə yaşamaq olar. Amma, nə edəsən ki, bunların heç biri yoxdur.
 
 İndi koməksiz və cıxılmaz bir vəziyyətdə qalan bicarə Telman Atamalıyevə heç kim kömək
göstərmək istəmir. Döymədiyi qapı, müraciətetmədiyi yer də qalmamışdır.
   Problemlər içində çabalayan Telmana isə yenədə səbr etmək və əlaqədar təşkilatların nə vaxt insafa gəlib ona kömək göstərəcəkləri ümüdü qalır.
   
Biz də ümüd edək ki, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi onun 1980-ci ildən ev növbəsində olduğunu nəzərə alaraq nəhayət ki köməklik göstərəcəklər.
                                           
 R.Nəhmədovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar