Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müdafiə Nazirliyinin generalı ilə yanaşı, daha bir vəzifəli şəxsi saxlanılıb? - YENİLƏNİB

Baxılıb: 333     Tarix: 02-09-2022 16:15   

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb.
Bu barədə Bakupost.az-a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Hərbi ekspert həmin zabitin də "Tərtər işi" ilə bağlı saxlanıldığını güman edir:
"Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İstintaq qrupu bunu araşdırır. Generalın həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də, istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat Şöbəsinin zabiti olub".
10:50
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Qanunvehedef.az-ın APA-ya istinadla məlumatına görə, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar