Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bu sənədlə sürücülər, maşın sahibləri üçün dəyişiklik olmayacaq”

Baxılıb: 610     Tarix: 23-09-2022 10:54   
 
“Ölkəmizdə sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin qeydiyyatı, avtomobil nömrələrinin verilməsi və s. bu kimi məsələlərdə heç bir dəyişiklik olmayıb. Dünən sadəcə olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiq edilib. Bu, texniki xarakterli bir sənəddir”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O bildirib ki, əsasnamə mərkəzi informasiya sisteminin fəaliyyət, istifadə qaydalarını, funksiyalarını müəyyən edir: “Həmin sistem indiyədək necə var idi, eləcə də davam edəcək. DYP-nin demək olar ki, bütün fəaliyyəti bu sistem üzərindən həyata keçirilir. Həmin fəaliyyət indiyədək necə idisə, eləcə də davam edəcək. Filan işin həmin sistem vasitəsilə edilməsi, bunun sadəcə olaraq həmin sistemdə qeydiyyata alınması, bu işdə sistemin məlumatlarından istifadə edilməsi deməkdir.
Ola bilsin ki, istifadəçilərə öz elektron kabinetlərində bəzi məlumatlarla tanış olmaq, müraciət etmək kimi əlavə imkanlar yaradılsın. İstifadəçinin elektron kabineti dedikdə yəqin ki, hazırda e-xidmet.mia.gov.az portalında olan kabinetdən söhbət gedəcək.
Bir daha qeyd edirəm, bu sənəd sürücülər, sürücü olmaq istəyənlər, avtomobil sahibləri və s. üçün hər hansı yeniliyi, dəyişikliyi ehtiva etmir”.шаблоны для dle 11.2



buy yes2win seo ranking