Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sahil Babayev Samuxda vətəndaşları qəbul edib - Fotolar

Baxılıb: 953     Tarix: 14-10-2022 16:27   

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samux rayonunda Samux və Göygöl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib.
Müraciətlər pensiya və ünvanlı sosial yardım, aktiv məşğulluq proqramlarına cəlb olunma, mənzillə  təminat, əlillik və reabilitasiya, sosial xidmətlər və s. məsələlərlə bağlı olub.
Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb.
Vətəndaşların bir qisminin müraciətlərinə uyğun olaraq özünüüməşğulluq, ictimai işlər və digər aktiv məşğulluq tədbirlərinə, reabilitasiya və sosial xidmətlərə cəlb olunmaları və s. üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.





шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking