Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi

Baxılıb: 508     Tarix: 05-11-2022 11:22   
 
2020-ci il sentyabrın 27-dən başlanan hərbi əməliyyatlardan sonra hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəldi. Bu qələbələrlə Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrinin müəllifinə çevrildi. Hər gün işğaldan azad edilmiş yaşayış məskənlərimizin sıralarına yeni adlar yazıldı.

Prezident İlham Əliyev müsahibələrindən birində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə hərbi əməliyyatların gedişində bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü gözləyirdi. Hər gün irəli gedən, düşməni əzən Azərbaycan əsgəri müzəffər yürüşü ilə o günü reallaşdırdı və noyabr ayının 8-də Qarabağın tacı Şuşanı azad etdi.

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi bütün Azərbaycan xalqının dərin sevincinə səbəb oldu. Şuşanın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinə ən möhtəşəm hadisə kimi həkk olundu. Bu qələbənin fatehi isə Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyevin gücləndirdiyi ordusu, qəhrəman əsgərlərimiz bu qələbəni, bu sevinci xalqımıza yaşatdılar.

Prezident İlham Əliyev noyabrın 9-da daha 72 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğunu bəyan etdi. Bundan sonra Azərbaycanın qarşısında məğlubiyyətini anlayan işğalçı Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya aktını imzalamağa məcbur edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur oldu. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanat işğalçı ölkənin məğlubiyyətinin təsdiqi oldu.

Noyabrın 10-da Ermənistan baş nazirinin imzaladığı kapitulyasiya aktından sonra ölkənin hakimiyyət orqanları müharibədəki məğlubiyyəti rəsmən etiraf etdilər. Beləliklə, Azərbaycan torpaqlarının bir hissəsini döyüş yolu ilə azad etdi. Kapitulyasiya aktına əsasən isə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarması ilə bağlı öhdəlik götürdü. Ordumuzun sürətli yürüşünün nəticəsi olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur oldu.

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı.
Bununla da torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın sırasına Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə olundu. Bu rayonların azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyii ilə Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbənin nəticəsidir.

Artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Tək işğalçı yox, həm də barbar olan Ermənistanın yerlə yeksan etdiyi, haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılan Ağdam da yenidən qurulur, əvvəlki şöhrətini bərpa edəcək. O cümlədən İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış proqramı Laçına və Kəlbəcərə yeni nəfəs verəcək. Gözəl təbiəti, zəngin sərvətləri olan bu rayonların daşı, torpağı bir xəzinədir. Bir vaxtlar bütün İttifaq miqyasında məşhur olan Kəlbəcərin İstisuyu bundan sonra müstəqil Azərbaycanı dünyada tanıdacaq. Laçın, Şuşa, Qubadlı öz gözəllikləri ilə Azərbaycanın turizm mərkəzlərinə çevriləcəklər, iqtisadi potensialları ilə ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfə verəcəklər.

 Dilqəm Məhərrəmov, “Medilux” Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə uzmanıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar