Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qazax: Çaylı kəndinin əhvalatları – I hissə

Baxılıb: 831     Tarix: 25-11-2022 12:05   
 
Tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Çaylı və Bala Çaylı kəndləridir. Çaylı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Çaylı və Bala Çaylı kəndləri yerləşir. İki kəndin birlikdə inzibati ərazisi 2411 hektarlıq sahəni əhatə edir. Nümayəndəliyin ərazisində 10 min nəfərə yaxın əhali yaşayır. Ərazidə 2577 təsərrüfat, 1 bələdiyyə, 3 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 2 poçt və 2 rabitə şöbəsi fəaliyyət göstərir.

Və əlbəttə ki, Çaylı kəndindəki sosial obyektlər sırasında yaddan çıxarılması mümkün olmayan biri də “Səxavət” Məscididir. Məscidin icma sədri Sahilə Orucova adlı qadındır. Qəribədir ki, din pərdəsi altında bu qadın həm öz evində, həm də məsciddə məxsusi olaraq ayırdığı bir otaqda kartla fala baxır, cadu edir. Xeyli müddətdir ki, bu təzadlı, bir araya sığmayan fəaliyyət növləri ilə məşğul olaraq yetərincə böyük var-dövlət, mülk-səltənət toplamağa, qızı üçün mağaza açmağa, kürəkənini Yanğınla Mübarizə Xidmətində vəzifəyə düzəltməyə nail olan falçı Sahilə ərəb dilində bir hərf belə tanımadığı, bir söz belə qanmadığı halda özünün şəxsində demək olar imam övladı obrazı yaratmağa çalışır.

Etibarlı mənbənin verdiyi məlumata görə, “Səxavət” Məscidini inşa etdirmiş Rusiyada yaşayan milyonçu İlhamın atası Səxavət özü də içki düşkünü olub. Səxavət kişi bələdiyyə sədri Müqabil Pirverdiyevdən “Şamlıq parkı” deyilən ərazini alıb.  Yerli özünüidarə qurumunun sədri Müğalifin mühüm gəlir mənbələrindən biri də Çaylı qəbirstanlığındakı kənd sakinləri tərəfindən hər zaman ziyarət edilən iki seyid qəbrindən adı Əhməd olduğu deyilən “Başı kəsik seyid” ləqəbli bir seyidin qəbiridir *Rəvayətə görə Çaylı ərazisində yaşayan bu seyid at belində oba-oba gəzər, nəzir yığar və yığdığı nəzirləri ehtiyacı olanlara paylayarmış. Və bundan çox xoşbəxt olarmış. Bir gün yenə bu niyyətlə evdən çıxıb, axşam evə qayıdanda başqa kənddən iki nəfər onun qabağını kəsib, yığdığı nəzirləri, xurcununu və s. əlindən alıb, özünün də başını kəsib (başqa deyilənlərə görə isə gözlərini çıxardıb), öz atına mindirib, özləri isə aradan çıxıblar. At seyidin cansız bədənini Çaylıya gətirib çıxardıb. Kənd camaatı Seyid Əhmədi qəbiristanlığın girişində dəfn edib. O gündən ora “Başı kəsik seyidin qəbiri” olaraq kəndin ziyarət yerinə çevirilib). Çaylı kəndinin ilk bələdiyyə kollektivinin təşkilatçılığı və kəndin xeyriyyəçilərinin dəstəyi ilə 2001-ci ilin əvvəlində “Başı kəsik seyid”in (Seyid Əhmədin) qəbiri üzərində məqbərə tikilib. İndi o məqbərəyə yığılan nəzir-niyazı bələdiyyə başqanı götürüb “pay-püşk” edir. Kənd sakinləri hətta istehza ilə deyirlər ki, “başı kəsik seyidin 11 övladı var” (bələdiyyənin 11 üzvünə işarə edərək). Təəccüblüdür ki, bu müstəvidə bələdiyyə sədri ilə məscidin icma sədrinin maraqları toqquşmaq əvəzinə üst-üstə düşür, çünki bələdiyyə sədri Müqabil də, polis sahə müvəkkili Rəşid də, Çaylı kənd İƏD-si üzrə nümayəndə əvəzi Ceyhun Binnətov da, QMİ-nin Qazax, Ağstafa və Tovuz rayonları üzrə qazısı İlham Süleymanov da nəyinsə müqabilində Sahilə Orucovanın din pərdəsi altında cadugərlik fəaliyyəti ilə əhalini soymasına göz yumurlar.

Söz yox, zaman-zaman Çaylıda bir-birinə şərait yaradan, dəstək verən soyğunçulara qarşı etiraz səsləri ucaldılıb. Məsələn, Müqabil Pirverdiyevin Yaponiya səfirliyinin köməyi ilə vurulan artezian quyularından “sosokları” 300 manata satmasına kənd sakini Əlabbas Məmmədov qarşı çıxıb. Kənd sakini Həmzə Qaraxanov isə Sahilə Orucova ilə baş molla Həmzə Fətəliyevi kəndə əndrəbadi ənənələr gətirdiklərinə görə ittiham edir: “Üç, yeddi, qırx” mərasimlərindən başqa Sahiləgil ölünün torpağa tapşırılmasından ötən iyirminci günü, habelə altı ayın tamamını da qeyd etməyi dəbə salıblar ki, bu da onların əlavə qazanc əldə etmələri üçündür. İslam dinində belə şeylər yoxdur”.  

Yeri gəlmişkən, Qazaxda, eləcə də rayonun Çaylı kəndində baş alıb gedən bu allahsızlıqların millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin müavini ilahiyyatçı-yazar, bir müddət ixtisası üzrə Bakı İslam Universitetində müəllim işləmiş, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olmuş Tural İrfan da şahidi olub və tənqid edib.

Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, hörmətli cənab Rəcəb Babaşovun doğulduğu Sabirabad rayonunda dini dəyərlərə hörmətlə yanaşılır və bu nöqteyi-nəzərdən, cənab başçı Sahilə Orucova kimilərin qazaxlıların dini hissləri ilə oynamasına heç vaxt razı olmaz. Amma görünür, rayon rəhbərinin bu məsələlərin tənzimlənməsində güvəndiyi, etibar etdiyi vəzifəli şəxs - Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov işinə başdansovdu yanaşır.

Mövzuya qayıdacağıq.

Mircəfər Hüseynzadə, bölgə müxbiriшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar