Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rəşad Dağlının ittiham olunduğu maddə dəyişdirilə bilər - Vəkildən AÇIQLAMA - VİDEO

Baxılıb: 738     Tarix: 01-12-2022 13:55   

Tanınmış meyxanaçı Rəşad Dağlının ittiham olunduğu maddə istintaqın gedişatından asılı olaraq dəyişə bilər.
BiG.AZ xəbər verir ki, bunu tanınmış vəkil Rəşad Əliyev "İN Media" "YouTube" kanalına müsahibəsində deyib.
Hazırda Rəşad Dağlıya cinayyət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Bu maddənin sanksiyasında 9 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzasi nəzərdə tutulur.
Eyni maddə ilə cinayyət işinin ibtidai istintaqı yekunlaşıb, məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı aparılmalıdır.
Məhkəmə istintaqından sonra dövlət ittiahımçısı cəza gözləyəcək və daha sonra məhkəmə hökm çıxaracaq.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-da, saat 00:05 radələrində Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsayılı bıçaq xəsarətləri alaraq qətlə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokrorluğunda cinayət işi başlanılıb.
Hadisə ilə bağlı Mehdiyevin tanışı, 1984-cu il təvəllüdlü R. Əmirov (Rəşad Dağlı) istintaqa cəlb olunub.
Qaradağ prokorluğunun qərarı ilə onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri görülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilir.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar