Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Aztelekom”un baş direktoru işdən çıxarılıb?

Baxılıb: 362     Tarix: 07-12-2022 15:09   

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. 
Qanunvehedef.az xəbər verir ki, bu haqda Oxu.Az məlumat yayıb.
Saytın yazdığına görə, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb. Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.
“Aztelekom” MMC-dən isə bildirilib ki, baş direktor vəzifəsi ilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar