Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Xaricdə oxumuş azərbaycanlı həkimlərin ölkəyə qayıtması üçün addım atılıb”

Baxılıb: 454     Tarix: 20-12-2022 12:54   

“Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün islahatlar aparılır”.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibbi xidmət göstərməsi üçün addım atılıb: “Bu il Türkiyə və digər xarici ölkələrdə təhsil almış 60-a yaxın azərbaycanlı həkim artıq ölkəmizdə fəaliyyət göstərir. Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığını aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt, Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir”.
Vüqar Qurbanovun sözlərinə görə, regionlarda kardioloji mərkəzlərin qurulması ilə bağlı bir layihə bitmək üzrədir: “Yalnız kardioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək”.
O qeyd edib ki, TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrində çox sayda ailə tibb mərkəzləri, kənd tibb və kənd həkim məntəqələri mövcuddur. Onların hazırda xəritəsi hazırlanır və bu proses bitmək üzrədir: “Bu tibb müəssisələrinin təmir vəziyyətləri, əhaliyə göstəriləcək xidmətin səviyyəsini artırmaq üçün onlarla bağlı layihələr hazırdır: “Ailə  sağlamlıq mərkəzləri, kənd tibb və kənd həkim məntəqələrinin yenidən qurulması, orada həkim, orta tibb işçisinin yerləşdirilməsi, onların fəaliyyətinin təmin olunması ilə bağlı layihələr artıq hazırlanıb. Bunların gələn ildən tətbiqinə başlanılacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar