Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Murad Dadaşovun XOŞ GÜNÜ

Baxılıb: 430     Tarix: 21-12-2022 11:56   

Bu gün Xalq artisti, tanınmış teleaparıcı, "M Group Production" şirkətinin və Xəzər TV-nin prezidenti Murad Dadaşovun 44 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, Murad Dadaşov 1978-ci il dekabrın 21-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı fortepiano müəllimidir. Murad Dadaşov 1985-1995-ci illərdə Bakıda 160 saylı orta məktəbdə təhsil alıb.
"20-ci əsrin çempionları" titulunun sahiblərindən biri olan Dadaşovun "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı məktəb illərindən başlayıb.
O, 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "20-ci əsrin çempionları" tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.
O, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində oxuyub, ixtisasca psixoloqdur. Universitetdə təhsil aldığı müddətdə Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində də çalışıb.
90-cı illərin ortalarından etibarən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-nın digər üzvü Cabir İmanov ilə bərabər "Bir cənub şəhərində" adlı layihə hazırlayıb.
90-cı illərin sonlarında isə "Space" televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub. 2002-ci ilin yanvar-oktyabr aylarında "ANS" Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsində çalışıb.
Həmin dövrdə kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın həm müəllifi, həm də aparıcısı olub.
2003-cü ilin fevralında sahibi olduğu MGP (M Group Production) şirkətini yaradıb.
Elə həmin ildə "Lider" televiziyasında MGP (M Group Production) şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildə isə həmin telekanalda "Maşın" realiti şousunun aparıcısı olub.
2008-2010-cu illərdə "Lider" kanalında Baş prodüser vəzifəsini icra edib. 2010-cu ildən bu günə qədər MGP (M Group Production) şirkətinin Prezidentidir.
Murad Dadaşov 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri olub.
O, 2004-2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında "Yeni Ulduz" musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən "Beş ulduz. İntervidenie 2008" (Пять звезд. Интервидение 2008) mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada "Böyük Səhnə" vokal şousu və 2015-ci il Azad Azərbaycan ( ATV) telekanalında yayımlanan "Özünü Tanıt"( Got Talent) istedad müsabiqəsinin münsiflər heyyəti qismində çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli sərəncamına əsasən "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" Murad Dadaşov Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir. Murad Dadaşov ölkənin ictimai-siysai, mədəni həyatında da yaxından iştirak edir. O, 2020-ci ildən Xəzər TV-nin prezidentidir. Murad Dadaşov 2001-ci ildə Aytən Əliyeva ilə ailə həyatı qurub. Aytən xanım ixtisasca şərqşünasdır. Cütlüyün Kamal, Əli, Ziya adlı üç övladı var.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər