Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bayram günlərində rayonlara gedəcək şəxslərə ŞAD XƏBƏR

Baxılıb: 538     Tarix: 21-12-2022 13:09   

"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Yeni il bayramı günlərində Bakı-Gəncə-Bakı qatarlarının sayını artıracaq.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, həmin günlərdə qurumun bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq xəttə əlavə qatarlar buraxılacaq.
Qatarlar Bakıdan 30 dekabr saat 19:00-da, 31 dekabr saat 09:00-da, 3 yanvar saat 19:00-da, Gəncədən isə 31 dekabr saat 09:00-da və saat 14:30-da, 4 yanvar tarixində isə saat 09:00-da yola düşəcək.
Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər