Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yasamalda İlham Əliyevin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib - Fotolar

Baxılıb: 425     Tarix: 23-12-2022 13:54   

Bu gün Yasamal rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında “Heydər Əliyev irsinin layiqli davamçısı” mövzusunda baş tutan tədbirə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı, YAP Yasamal rayon təşkilatının sədri, Milli Məclisin deputatları, ali təhsil müəssələrinin rektorları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıb.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Prezidenti 19 illik hakimiyyəti dövründə tarixi işlərə imza atıb və bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Daha sonra tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezidentin hakimiyyəti illərini Azərbaycan üçün zəfər və uğur dövrü kimi səciyyələndirib. Qeyd olunub ki, Prezdentin 19 illik fəaliyyətinə nəzər saldıqda bir çox tarixi nailiyyət barədə danışmaq olar: ölkədə aparılan köklü islahaltlar, böyük regional layihələr, ölkədə sabitliyin qorunması, iqtisadi artım və sairə. Amma heç şübhəsiz Prezidentin ən böyük nailiyyəti işğal edilmiş torpaqlarımızın azad edilməsidir. Milli yaddaşımıza da o, məhz bu cür düşüb: torpaqlarımızı azad edən Prezident. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı xalqımız  Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik nəticəsində yaranan "Dəmir yumruq" düşmənin başını əzdi və biz öz tarixi torpaqlarımıza qayıtdıq. Bununla cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi! Torpaqlarımız erməni işğalından azad edildi!
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisinin deputatı Elnur Allahverdiyev Prezident İlham Əliyevin hakimiyyəti illərini böyük nailiyyət və tarixi qələbələr dövrü kimi səciyyələndiriblər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edən filmin nümayişi ilə müşaiyət edildi və bədii hissə ilə başa çatıb.






шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar