Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul etdi - Fotolar

Baxılıb: 664     Tarix: 12-01-2023 15:34   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən 12 yanvarda Tovuz şəhərində vətəndaşları qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, görüşdən öncə nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaş qəbulunda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar