Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı

Baxılıb: 632     Tarix: 16-01-2023 12:07   

Naxçıvanda daha bir qurumda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Qafqazinfo"ya daxil olan məlumata görə, Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}