Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"20 yanvar faciəsi tək Azərbaycanın deyil, dünyanın tarixinə düşən qanlı ləkədir" - Deputat

Baxılıb: 133     Tarix: 18-01-2023 13:40   

"20 Yanvar hadisələri insanlığa qarşı törədilən qanlı cinayətdir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat vurğulayıb ki, 20 yanvar hadisələrindən artıq 33 il keçir:
"Artıq 33 ildir ki, Sovet rejiminin xalqımıza qarşı törətdiyi qanlı 20 Yanvar faciəsini qeyd edirik. 1990-cı ildə, yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu xalqımızın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq üçün insanlarımızı vəhşicəsinə qətlə yetirdi. 20 yanvar faciəsi tək Azərbaycanın deyil, dünyanın tarixinə düşən qanlı ləkədir.
Həmin il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Əslində, bu faciə həm də böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü kimi də qiymətləndirilməlidir. 20 yanvar hadisələri əvvəlcədən planlaşdırılan və xalqımızın azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq məqsədi ilə törədilən qanlı cinayətdir. Ancaq bu vəhşilik belə, xalqımızın azadlıq ruhunu və müstəqillik uğrunda apardığı mübarizəni dayandırmağa yetmədi. Əksinə, 20 yanvar faciəsindən sonra xalqımız daha da sıx birləşərək azadlıq arzusunu reallığa çevirdi".
Deputat qeyd edib ki, o dövrdə insanlığa qarşı törədilən bu qanlı cinayəti beyəlxalq arenaya çıxarmaq mümkünsüz idi:
"Lakin Ulu öndər Heydər Əliyev, öz canını təhlükəyə ataraq, Sovet rejiminin xalqımıza qarşı törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ulu öndər Heydər Əliyev, bütün təhlükələrə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu qanlı faciənin təşkilatçılarını ittiham edib və insanlara qarşı törədilmiş bu cinayəti pisləyib. Bununla da Ulu öndər Heydər Əliyev xalqımızın başına gətirilən qanlı cinayətin bütün dünyaya yayılması üçün geniş bir qapı açmış olub.
Ulu öndərin o dövrdəki mərdliyini bu gün onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev davam etdirir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bütün təzyiqlərə təkbaşına sinə gərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoydu. İki ildir ki, şəhidlərimizin məzarlarını qalib ölkənin vətəndaşları kimi ziyarət edirik. 44 günlük Vətən müharibəsində tək torpaqlarımız işğaldan azad olunmadı, həmçinin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin də intiqamı alındı. Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur. 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxan 20 yanvar şəhidləri də daim qəlbimizdə yaşayacaq və xalqımız daim onların əziz xatirəsini ehtiramla yad edəcək".
Aysel Yusifqızı

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar