Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz 150 manat CƏRİMƏ OLUNACAQSINIZ

Baxılıb: 554     Tarix: 30-01-2023 11:45   

Azərbaycanda avtomobillərdə istifadə olunan led işıqların qadağan olunması barədə məlumatlar dolaşır.
BAKU.WS xəbər verir ki, bu barədə müzakirələr əsasən sosial şəbəkədə aparılır.
Yaranan çaşqınlıq həm sürücüləri, həm də led işıqlarının satışı ilə məşğul olan sahibkarları narahat edir. Sürücülər bu işıqlardan istifadə edəcəyi təqdirdə cərimələnəcəyindən ehtiyatlanır. Sahibkarlar isə belə bir durumda bizneslərinə zərbə ilə üzləşir.
Gedən müzakirələri və yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən xarici işıq cihazlarında led işıqlarının quraşdırılması nəzərdə tutulubsa, bu halda həmin nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılmasına icazə verilir:
"İstehsalçı zavod tərəfindən nəzərdə tutulmadıqda nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılması qadağandır və inzibati məsuliyyət yaradır. Əgər normativ tələblər pozularsa, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 150 manat cərimə tətbiq olunur".



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar