Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Naxçıvan Dövlət Vergi Xidmətinə yeni rəis təyin olundu

Baxılıb: 747     Tarix: 07-02-2023 13:18   

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə yeni rəis təyin olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun müvafiq Sərəncamı ilə bu vəzifəyə Abbas İsmayılov gətirilib.
A.İsmayılov artıq kollektivə təqdim olunub.
Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Prezidentinin Naxçıvan MR-dəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, A.İsmayılov 14 aprel 1968-ci ildə Naxçıvanın Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.


 
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar