Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“ÜMİD İŞIĞI”NIN NÖVBƏTİ LAUREATI

Baxılıb: 629     Tarix: 27-04-2023 12:10   
                   
Fikrət Mursaqulovun 55 illiyi ərəfəsində (2012-ci ildə) o zamankı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun şəxsi təşəbbüsü və layihəsi ilə Fikrət Mursaqulov adına “Ümid işığı” ədəbi mükafatı təsis edildi. Layihəyə görə mükafatı əlilliyi olan şair, yazıçılar almaq hüququna malikdirlər. Təbii ki, o şair, o yazıçılar ki, onların bədii yaradıcılığı sistematik xarakter daşımalı və laureatlar ədəbi orqanlarda, digər KİV-də müntəzəm olaraq çıxış etsinlər. Bu meyarlara cavab verən hər biri nominant ola bilər.Məlum koronavirus hadisələri, 44 günlük müharibə, Vətənin şəhid verməsi sözügedən mükafatın verilməsini yubatmış oldu. Nəhayət, Mətbuat Şurasına seçilmiş yeni sədrin təşəbbüsü ilə “Ümid işığı”na yenidən “həyat verildi” və o, – növbəti laureat şair-pedaqoq, tədqiqatçı Famil Hacısoya təntənəli şəkildə Mətbuat Şurasının ofisində təqdim edildi.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik etdiyi kollektivlə şair Famil Hacısoya layiq olduğu mükafatı təqdim etdi. Rəşad Məcid açılış nitqindən sonra sözü mükafatın ilk laureatı şair-tərcüməçi Paçxataşvili Giyaya verdi. Çıxışçı Famil Hacısoyun həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti ilə bağlı ətraflı söhbət açaraq  “Azadlıq sancısı” və “Bayatılar” kitablarının müəllifinə yeni yaradıcılıq uğurları arzuladı, pedaqoji fəaliyyətinin uzunmüddətli və səmərəli olmasını dilədi.
“İNFORM-PRESS” qəzetinin baş redaktoru Gülnarə İsmayılzadə Famil Hacısoyu bir şəxsiyyət kimi xarakterizə edərək onun yaradıcılıq məziyyətlərindən söz açdı. O, bildirdi ki, Famil bəy həssas insan olmaqla yanaşı, həm də tələbkar pedaqoqdur. İşlədiyi məktəbin müəllim kollektivi Famil bəyi ictimai fəal kimi tanıyır. Şair eyni zamanda Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Rəyasət Heyyətinin üzvü kimi əlil bacı-qardaşlarına da öz köməyini əsirgəmir.
Bütün bunları nəzərə alaraq qərara gəldik ki, şair-pedaqoqun 60 illiyi münasibətilə ona “QIZIL KİTAB” MEDİA MÜKAFATI və gül dəstəsi təqdim edilsin...
Rəsmi hissədən sonra çay süfrəsi arxasında səmimi söhbət getdi. Səbəbkar Mətbuat Şurasının sədrinə və kollektivə, o cümlədən Gülnarə İsmayılzadəyə öz səmimi təşəkkürünü çatdırdı. Çəkilən fotolar bu yaddaqalan saatları əbədiləşdirdi.
                                                             
Xatirə Mikayılqızı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar