Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Azərbaycanda nikahların sayı 10 faiz artıb" - Ədliyyə Nazirliyinin rəsmisi

Baxılıb: 578     Tarix: 19-05-2023 12:14   

"Azərbaycanda nikaha daxil olanların sayında artım var. Belə ki, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faiz artıb. Boşanmaların sayı isə qismən azalıb".
Qanunvehedef.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, mediasiya proseslərində ailə mübahisələri üstünlük təşkil edir: "Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlər psixoloq xidmətlərindən keçirlər. 2018-ci ildən təşkil olunan belə xidmətlər nəticəsində 7 619 nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərdən 1 300-dən çoxunun bu fikirdən daşınmasına nail olunub. Belə psixoloq xidmətləri Bakı şəhərinin qeydiyyat şöbələrini əhatə edir. Biz bunun əhatə dairəsini də genişləndirməyi düşünürük".

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar