Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Binə qəsəbəsində ixtisaslı həkim çatışmazlığı - Əhaliyə tibbi xidmətin miqyası genişləndirilməlidir

Baxılıb: 1 366     Tarix: 26-05-2023 10:45   
 
 Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbədir; rayonda əhalisinin sayına görə ən böyük qəsəbədir. Ərazisinə görə isə Maştağadan sonra ən böyük ikincidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Hal-hazırda Binə qəsəbəsində qeyri-rəsmi məlumatlara görə 150.000-dən çox, statistik məlumatlara görə isə, təqribən 55.000 — 60.000 insan məskunlaşıb və son illərdə bu rəqəm qəsəbənin şəhərləşməsi ilə, dinamik sürətdə artmağa davam edir. Binə əhalisinin etnik tərkibini, əsasən, Nardaran , Kürkənd əhalisi və bundan əlavə Cənub rayonlarından (Lerik ,Lənkəran, Naxçıvan və s.) və aran rayonlarından təsərrüfat məqsədilə köçüb gələn insanlar təşkil edir. Tarixi Nardaran, Maştağa əhalisinin də böyük qismi Binədə məskunlaşıb.
Fuad Aynulov küəsi – 2 ünvanda yerləşən qəsəbə poliklinikası isə Binədə yeganə tibb müəssisəsidir. Polilinika qəsəbə əhalisinə tibbi xidməti çatdıra bilmir. Bu, fiziki cəhətdən mümkün deyil. Əməkdaşlarımız poliklinikada ixtisaslı həkimin kabineti önündə yaranmış izdihamlı növbəni əks etdirən görüntüləri qeydə alıb. Məlum olur ki, pasientlər hələ daha əvvəl növbə nömrəsi götürmək üçün də uzun-uzadı növbə gözləməli olurlar.
Belə çıxır ki, poliklinikada həm də həkim çatışmazlığı var.Əvvəllər heç olmasa, Xəzər Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Binə bələdiyyəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyaları keçirilirdi və yüzlərlə sakin pulsuz olaraq terapevt, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ müayinələrdən yararlanırdı. Bununla yanaşı, tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın kliniki analizi üçün xüsusi kupon verilirdi. Sonra nədənsə bu ənənə də unuduldu.Çoxdandır mövcud olan bu problem Səhiyyə Nazirliyini və TƏBİB-i qayğılandırmalıdır.

 

 Hüseyinov Əbdülqəni
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar