Vaqif Xaçaturyanı hansı cəza gözləyir? - Hüquqi izah
Baxılıb: 556 Tarix: 31-07-2023 12:10
Azərbaycan sərhədçiləri "Laçın" sərhəd-buraxılış məntəqəsində Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri olmuş şəxsi - Vaqif Xaçaturyanı saxlayıblar.
Baş Prokurorluğun məlumatına əsasən, Xaçaturyan 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımını, deportasiyasını həyata keçirib, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv edib.
Xaçaturyan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilir.
Məcəllənin 103-cü maddəsinə əsasən, soyqırımı:
- Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək,
- Qrup (milli, irqi, dini) üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurmaq,
- Qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmaq,
- Qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmək deməkdir.
Bu məqsədlə törədilən cinayətlərə görə on dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Sözügedən Məcəllənin 107-ci maddəsinə görə isə, əhalini deportasiya etmə və ya məcburi köçürmə:
- Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salmaq deməkdir.
Bu cinayəti törədən şəxs on ildən on beş ilədək azadlıqdan məhrum edilə bilər.
Vaqif Xaçaturyanın əməlləri xüsusilə ağır cinayətlər kimi təsnif edilə bilər. Bu zaman cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilir.
Bu halda azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrumetmə növündə isə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz.//oxu.az
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər