İran məhkəməsi azərbaycanlı tələbəyə psixoloji təzyiq edir - Anası DANIŞDI
Baxılıb: 337 Tarix: 02-08-2023 12:07
İranın molla rejimi tərəfindən uydurma ittihamla həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli anası ilə telefonla danışıb.
Lent.az xəbər verir ki, tələbənin anası İradə Səfərli qeyd edib ki, məhkəmə oğluna son söz üçün 3 gün vaxt verib:
"Dünən Fəridlə danışdıq. Ona son söz deməsi üçün 3 gün vaxt veriblər. Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələlərlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırlar. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ. Hələ minnət qoyurlar öz azərbaycanlımızsan. Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır.
Üstəlik mənim bu məbləği ödəməyə imkanım olmadığını da nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin məhkəməyə qədər".
Anası həmçinin qeyd edib ki, bu günə qədər oğlunun məhkəməsində Azərbaycan tərəfindən heç kim iştirak etməyib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər