Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Vilayət Eyvazov Qusarda qəbul keçirdi - Fotolar

Baxılıb: 814     Tarix: 04-08-2023 13:24   

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 3-4-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. 
Qanunvehedef.az xəbər verir ki, Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından qəbula gələn 115 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Səfər çərçivəsində nazir bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 23 -ü Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 91 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.








Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar