Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Uçuşa 48 saat qalmış onlayn qeydiyyatdan keçə biləcəyik

Baxılıb: 709     Tarix: 08-08-2023 14:14   

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.
Qanunvehedef.az AZAL-a istinadən xəbər verir ki, onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək.
Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.
Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin https://www.azal.az/az rəsmi saytına daxil olmalıdırlar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar