Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rəşad Nəbiyev şəhid polkovnik-leytenantın ailəsini ziyarət edib

Baxılıb: 658     Tarix: 12-09-2023 10:08   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Astara rayonuna səfəri çərçivəsində şəhid Orucov Nail Rəfail oğlunun ailə üzvləri ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Qeyd edək ki, polkovnik-leytenant Nail Orucov Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. Ehtiyata buraxıldıqdan sonra “Aztelekom” MMC-nin Astara Telekommunikasiya Qovşağında işləyib.
Vətən müharibəsi zamanı, sentyabrın 29-da döyüş bölgəsinə yollanıb. Oktyabrın 31-də Qubadlı rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nail Orucov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar