Əjdər Şabanov – 90: Pensərlilər ziyalı həmkəndlilərinin xatirəsini əziz tuturlar
Baxılıb: 1 845 Tarix: 20-12-2024 18:41

Astara rayonunun Pensər kəndi Azərbaycanda və dünyada tanınan bir çox görkəmli mütəfəkkirlərin yurdudur. Tarixi sənədlərdən məlum olduğuna görə, Pensər kəndində qəbri olan Seyid Cəmaləddin Eynəzzaman Camaləddin Gilanidir. Cəmaləddin Gilani Şeyx Səfi Ərdəbilinin ustadı Şeyx Zahid Gilaninin (Tacəddin İbrahim) mürşidi olub və ömrünün çox hissəsini indiki Astara ərazisində yaşayıb. Sufiliyi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi Seyid Sədullanı Bakıya göndərmişdir. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır.
Dövrünün məşhur şıxsiyyətlərindən olan Hacı Teymurun özünün şəxsi vəsaiti ilə XIX əsrdə Hacı Teymur məscidi tikdirmiş, onun oğlu Hacı Osman 1912-ci ildə ilk rus-tatar məktəbinin bünövrəsini qoymuşdur. Rus-Tatar məktəbinin binası yerli əhəmiyyətli mədəni abidə kimi dövlət qorunur.
Astara rayonunun Pensər kəndinin kecmiș ziyalilarindan söz düșəndə Əjdər Şabanovun da adı hörmətlə anılır. Șabanov Əjdər Ağabala oğlu 1934-cü ildə Astara rayonunun Pensər kəndində dünyaya göz açmıșdır. Atası Ağabala Məșədi Dadaș oğlu 1941-1945-ci illər Böyük Vətən müharibəsinə gedib geriyə qayıtmamıșdir.
Əjdər Şabanov 1960-ci illərdə Moskva șəhərində Balıqçılıq Texnologiyası İnstitutunu bitirmișdir. Uzun illər rayonda müxtəlif vəzifələrdə çalıșmıș, rayon rəhbərliyinin, ictimaiyyətin və sadə vətəndaşların böyük hörmətini qazanmıșdır. Vəzifədə çalıșdiğı ən yaddaqalan xatirələrindən biri də Pensər kəndində ișlədiyi kənd icra nümayəndəsi vəzifəsi olmușdur ki, bu gün də də sakinlər onun haqqında xoṣ sözlər deyirlər...
Xeyirxah insan Əjdər mūəllim 2005-ci il dekabr ayının 23-də dünyasını dəyișmișdir.
Allah rəhmət eləsin.
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri

Ən çox oxunanlar
Son xəbərlər