Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Baxılıb: 10514     Tarix: 20-07-2026 11:20   

Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, “mygov” tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.

Qanunvehedef.az xəbər verir ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən Azərbaycan vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu xidmət sayəsində sərnişinlər qeydiyyat zamanı şəxsiyyət məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim edə bilərlər.

Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş “mygov” tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.

Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur və qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.


Qanunvehedef.az





{sape_links}{sape_article}