Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şəhidlərimizin xatirəsinə əkilən ömür ağacları!

Baxılıb: 1285     Tarix: 09-11-2026 21:45   

 

 8 Noyabr – Zəfər Günü münasibətilə Xəzər rayonu, Binə qəsəbəsində Barama Akademiyasının təşkilatçılığı ilə “Bir olub minlərə dirilik” adlı ağacəkmə aksiyası həyata keçirildi.


Bu aksiya sadəcə ağacəkmə tədbiri deyil, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın, milli birliyimizin, vətənpərvərliyimizin və gələcəyə olan ümidimizin rəmzi idi.


Aksiyanın ən duyğulu məqamlarından biri isə Binə qəsəbəsindən olan hər bir şəhidimizin adına bir ağacın əkilməsi oldu. Hər ağac bir qəhrəmanın adını yaşadacaq, hər pöhrə böyüdükcə şəhidlərimizin xatirəsi də gələcək nəsillərin yaddaşında daim yaşayacaqdır. 


Biz inanırıq ki, bu gün torpağa əkilən hər bir ağac sabah böyük bir xatirə bağına çevriləcək. Şəhidlərimizin adını daşıyan bu ağaclar illər boyu böyüyəcək, kölgəsi ilə insanlara sərinlik, varlığı ilə isə hər kəsə Vətən sevgisini xatırladacaq.


Bu xeyirxah təşəbbüsümüzə ilk növbədə dəvətimizi qəbul edərək bizimlə birlikdə olan əziz şəhid ailələrinə dərin minnətdarlığımızı bildiririk. Sizin iştirakınız bu tədbirə xüsusi məna, mənəvi dəyər və unudulmaz duyğular qatdı.


Eyni zamanda, tədbir üçün məkan dəstəyi göstərən Binə qəsəbəsi 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyinə və kollektivinə, şəhidlərimizin adlarının əks olunduğu tabloların hazırlanmasında dəstək olan @VİTRİN-BAKI komandasına, ağaclarla təminata və yaşıllıq işlərinə görə Green Baku əməkdaşlarına, eləcə də bu gözəl təşəbbüsün ərsəyə gəlməsində əməyi, dəstəyi və zəhməti olan hər kəsə ürəkdən təşəkkür edirik.


Unutmayaq ki, şəhidlərimizin bizə əmanət etdiyi Vətəni qorumaq, yaşatmaq, gözəlləşdirmək və onların adını gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.


Bir ağac – bir şəhidin adı,
Minlərlə ürəkdə yaşayan bir xatirə!


Şəhidlər ölməz, Vətən bölünməz!


Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!


BİRLİKDƏ ƏKİRİK, BİRLİKDƏ YAŞADIRIQ,! 


  Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri
























Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar