Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Verilişlərimdə heç vaxt kolbasa reklam etməmişəm" - aparıcı Cavid

Baxılıb: 1 061     Tarix: 27-11-2018 11:22   

Aparıcılıqla yanaşı, aktyorluq edən Cavid Gül intim səhnələrə çəkilib-çəkilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Qanunvehedef.az bildirir ki, "Məşhur gəlin" filmində, "Kişi sözü" serialında rol alan Cavid Gül BAKU.WS-ə bunları deyib:
"Yataq səhnələrinə çəkilmərəm. Vaxtı ilə kliplərdə də belə səhnələrə çəkilmək üçün təkliflər almışam, amma imtina etmişəm. Çəkilmərəm, çünki belə bir təbliğatın göz önündə olmağına qarşıyam".
O, bunun səbəbini belə izah edib:
"Nəyisə özümə rəva bilmirəmsə, onu heç vaxt etmərəm. Məsələn, mənim verilişlərimdə heç vaxt kolbasa reklamı olmayıb, çünki kolbasa yemirəm. Hətta şirkətlər reklam təklif edəndə, deyirəm ki, bunu yemirəmsə, reklam da edə bilmərəm. İntim səhnələr də həmçinin. O demək deyil ki, mən onunla məşğul olmuram, sadəcə olaraq, istəmərəm ki, belə bir şeylər böyük ekranlarda, efirlərdə görsənsin".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar