Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı

Baxılıb: 634     Tarix: 25-04-2018 13:05   
 “Biz hakimiyyətə öz istəyimizi diqtə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”.
Lent.az tert.am-a istinadən bildirir ki, bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, bugündən etibarən etirazçılar vətəndaş itaətsizliyinə başlamalıdır: “Bu gün saat 11:00-dan başlayaraq, bütün etirazçıları vətəndaş itaətsizliyinə çağırıram. Həmin vaxt biz də meydanda olacağıq. Hakimiyyətə istəklərimizin yerinə yetirilməsi üçün çağırışlar edəcəyik. Addımlarımıza nə qədər tez cavab veriləcəksə, uğur daha tez bizim dövlətimizin yanında olacaq. Hakimiyyət bunu başa düşməlidir. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə quruluşuna qayıtmaq üçün konkret addımlar atılmalıdır”.
Nikol Paşinyan bildirib ki, Serj Sarkisyan istefa verməklə, məclisdə Respublikaçılar Partiyasının hakimliyini qorumaq niyyətindədir. Onun sözlərinə görə, etirazçılar buna imkan verməyəcək.шаблоны для dle 11.2