Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğan: Gedirəm, o məktubu Trampa qaytaracam…

Baxılıb: 624     Tarix: 01-11-2019 11:17   
13 noyabrda Trampın dəvəti ilə ABŞ-a gedəcəyik. Əlbəttə, o məktubu da yanımızda aparacağıq, bunun altında qala bilmərik. Eynilə qaytaracağıq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Trampın üzünə deyəcəklərimiz var. Lazım olan cavabı verəcəyik. Əslində biz lazım olan cavabı vermişik, orada yazılanları diqqətə almadıq. Məktub bizə çatdıqdan sonra 2 saat ərzində əməliyyatı başlatdıq. Əslində gecə və ya sabahkı gün başlayacaqdıq. Ancaq məktub gələn kimi lazımı qiymətləndirməni apardıq və əməliyyatı başlatdıq”, - Ərdoğan bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkmişdi.
Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilmiş, keşiş Branson dönəmi xatırladılmışdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar