Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Trampdan İranın hücumuna ilk reaksiya

Baxılıb: 591     Tarix: 08-01-2020 09:36   

ABŞ Prezidenti Donald Tramp İranın hücumlarından sonra ilk açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, Donald Tramp bu barədə Tvitterdə yazıb.
"Hər şey yaxşıdır. İrandan İraqdakı hərbi bazalara iki raket atıldı. Zərərin dəyərləndirilməsi işləri görülür. Hazırda dünyanın ən güclü və ən təchiz edilmiş ordusuna sahibik. Sabah səhər (Çərşənbə gecəsi-red.) yeni bir açıqlama verəcəyəm", - o bildirib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.
Zərbələr nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Eyn-əl-Əsəd bazasında uçuş-enmə zolağında məhv edilib.
"Tasnim" agentliyi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun İraqdakı hərbi bazaya azı 35 zərbə endirdiyini yazıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar