Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ukraynada yanvarın 9-u matəm günü elan edilib

Baxılıb: 607     Tarix: 09-01-2020 10:16   

Tehran yaxınlığında “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm günü elan edilib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının saytı məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. Sənədlə həmçinin əyləncə və konsert tədbirləri təxirə salınıb, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər edilib.
"Ölənlərin xatirəsini ehtiramla yad etmək məqsədi ilə prezident dövlət, yerli özünüidarəetmə orqanlarının, dövlət müəssisə, idarə və təşkilatların binalarında Ukrayna dövlət bayrağının endirilməsini qərara alıb", - məlumatda deyilir.
Təyyarə qəzası ilə əlaqədar yanvarın 9-10-da Ukraynanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar