Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Umerovdan Krım xəbərdarlığı: Həbslər olacaq

Baxılıb: 525     Tarix: 23-01-2020 11:49   

Krım Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eyvaz Umerov Krıma yürüş təşəbbüskarlarını düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb.
Qanunvehedef.az xəbər verir ki, Umerov bunu RİA-ya müsahibəsində deyib.
“Bu aksiyanın kütləvilik qazanacağını güman etmirəm. Ukraynada Krım Tatar Məclisi siyasətinin tamamilə uğursuzluğu və dağılması onun funksionerlərini fəaliyyətlərini radikallaşdırmağa məcbur edir. Ukraynadakı siyasətçilərin necə olacağını bilmirəm, yəqin ki, yürüşün ön sıralarında olmayacaqlar. Amma kimsə bu təxribata getsə, xatırlatmaq istərdim ki, Rusiya Federasiyasının suveren sərhədini pozmağa yönəlmiş hər hansı bir addım həbslə dayandırılacaq”, - Umerov bildirib.
Qeyd edək ki, Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov Ukrayna kanalına açıqlamasında onun tərəfdarlarının mayın 2-də Krım sərhədindəki “Çonqar” keçid məntəqəsini keçmək niyyətində olduqlarını bildirmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar