Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğan Trampla Liviya və Suriya məsələlərini müzakirə etdi - "Liderlər razılaşdırıblar"

Baxılıb: 594     Tarix: 28-01-2020 10:51   
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Report”un məlumatına görə, Ağ Evin mətbuat katibinin müavini Cadd Dir özünün “Twitter”dəki səhifəsində bildirib ki, dövlət başçıları Liviyada atəşkəs rejimini, həmçinin Suriyada zorakılıqların dayandırılmasını müzakirə ediblər.
"Bu gün (bazar ertəsi-red.) Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. İki ölkənin liderləri xarici müdaxilənin aradan qaldırılması və Liviyada atəşkəs rejiminin saxlanılması zəruriliyini müzakirə etdilər. Liderlər İdlib əyalətində həyata keçirilən zorakılıq aktlarına son qoyulmasını razılaşdırıblar", - o qeyd edib.
"Prezident Tramp həmçinin Türkiyə ilə Yunanlstan arasında Aralıq Dənizinin şərq hissəsindəki fikir ayrılıqlarının nizama salınmasının əhəmiyyətini vurğulayıb", - Dir əlavə edib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar