Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dünyada demokratiyadan məyusluq kəskin artıb – Ən çox ABŞ və Böyük Britaniyada...

Baxılıb: 303     Tarix: 30-01-2020 11:51   

Britaniyadakı Kembric Universiteti ekspertlərinin gəldiyi nəticəyə görə, dünya boyunca son 25 ildə demokratiyadan məyusluq ən yüksək həddə çatıb.
BBC Kembric Universiteti ekspertlərinə istinadən bildirir ki, bu nəticə 4 milyon adam arasında aparılmış 3500 sorğudan əldə olunub. Bu da bildirilir ki, demokratiyadan ən böyük məyusluq Britaniya və ABŞ-da qeydə alınıb.
Tədqiqatı aparan qrupun rəhbəri Roberto Fao deyib ki, “dünya boyunca demokratiya xəstə vəziyyətdədir”. Kembric Universiteti Demokratiyanın Gələcəyi Mərkəzinin araşdırması 1995-2019-cu illəri əhatə edir və bildirilir ki, bu müddət ərzində demokratiyadan məyusluq 48 faizdən 58 faizə yüksəlib. Bu rekord göstərici hesab olunur.
154 ölkədə aparılmış bu sorğu zamanı adamlardan onların öz ölkələrindəki demokratiyadan razı olub-olmadıqları soruşulub. Bundan əvvəl aparılmış sorğularda demokratiyadan razılıq ötən əsrin 1970-ci illərindən bəri yüksəlişdə idi. Bu, Şərqi və Mərkəzi Avropada kommunist rejimlərinin və ən başlıcası SSRİ-nin çöküşünün baş verdiyi dövr idi.
Həmin dövrdə Qərb demokratiyasına rəğbət çox güclü idi. Lakin son on ildə bu meyl tamamilə əks istiqamətə yönəlib. Demokratiyadan razılığın yerini, getdikcə daha çox narazılıq tutur. Ekspertlər bildirirlər ki, dünya boyunca populizmin yüksəlişi bu meylin nəticəsi yox, simptomudur.
Britaniyada ötən əsrin 1970-ci illərindən bəri 30 il yüksəlişdə olan demokratiyaya inam 2005-ci ildən sonra ən aşağı həddinə enib. Son illərdə Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı demokratiyaya olan inam daha da tənəzzülə uğrayıb.
1995-ci ildə Britaniyada demokratiyadan məyus olanlar 47 faiz idi. 2005-ci ildə bu göstərici ən aşağı həddinə - 33 faizə enmişdi. 2019-cu ildə isə Britaniyada demokratiyadan məyusluq rekord 61 faiz həddinə yüksəlib.
ABŞ-da isə demokratiyadan məmnunluq 1995-2005-ci illər arasında 75 faiz idi. Hazırda bu rəqəm 50 faizə enib. Bu da bildirilir ki, Danimarka, İsveçrə, Norveç və Niderlandda demokratiyaya inam yüksəlişdədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər