Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Çində 50 minə yaxın insan koronavirusdan sağalıb

Baxılıb: 744     Tarix: 04-03-2020 10:07   

Çində koronavirusdan ölənlərin və yoluxanların sayı açıqlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, virusdan ölənlərin sayı 2 981, yoluxanların sayı isə 80 270 nəfərə çatıb.
Son məlumata görə, 31 əyalətdə virusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 49 856 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.



{sape_links}{sape_article}