Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Fransadakı Azərbaycan vətəndaşlarına səfirliklərdən müraciət

Baxılıb: 728     Tarix: 15-03-2020 13:53   

Azərbaycanın Fransadakı səfirliyi də bu ölkədə olan həmyerlilərimizə müraciət edib.
Bu barədə məlumat səfirliyin "Tvitter" hesabında yer alıb
Qeyd olunub ki, hazırda koronavirusun (COVID-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan edib:
"COVID-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyyələrə əməl edilməsini xahiş edirik.
Hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərinin, habelə qarşılaşdığı problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə Səfirliyin konsulluq bölməsinə telefon (+33 (0) 1 44 18 60 23), e-mail ([email protected]) və ya poçt vasitəsi ilə (78, avenue d'Iéna Paris 75116) məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.



{sape_links}{sape_article}