Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İtaliyada bütün ailə koronavirusdan vəfat etdi

Baxılıb: 674     Tarix: 03-04-2020 09:52   

İtaliyanın koronavirusdan ən çox zərər görmüş Lombardiya bölgəsinin Voqera şəhərində əsl faciə yaşanıb. “The Sun” xəbər verir ki, burada bir həftə ərzində dörd nəfərdən ibarət ailə xəstəliyin qurbanı olub.
İlk növbədə ailənin başçısı, 86 yaşlı Alfredo Bertuççi vəfat edib. Bundan sonra onun iki oğlu – 54 yaşlı Daniele və 46 yaşlı Klaudio dünyasını dəyişib. Sonda isə Alfredonun 77 yaşlı həyat yoldaşı Ancela Alberqati koronavirusla mübarizədə məğlub olub.
Onların hamısı eyni xəstəxanada müalicə alıb və koronavirusa yoluxandan əvvəl sağlamlıqlarından şikayət etməyib.
“Bu əsl faciədir. Onlar güclü və sağlam insanlar idi”, - deyə ailənin dostu Massimo Covanni Fazano bildirib. (oxu.az)



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar