Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dünya Bankı 25 ölkəyə 1.9 milyard dollar ayırdı – Koronavirusa qarşı mübarizəyə dəstək veriləcək

Baxılıb: 915     Tarix: 03-04-2020 18:28   

Dünya Bankı inkişaf etməkdə olan 25 ölkənin koronavirusla mübarizəsini dəstəkləmək məqsədilə 1,9 milyard dollar ayırır. Aprelin 2-də açıqlanan yardımdan Pakistana 200 milyon, Əfqanıstana 100 milyon, Qırğızıstana 12,5 milyon, Tacikistana 11,3 milyon dollar çatacaq.
Dünya Bankının Prezidenti David Malpas bəyanatında deyib ki, gələn 15 ay ərzində yardım kimi 160 milyard dollar ayrıla bilər.
“İnkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyasına reaksiya vermək, iqtisadi və sosial bərpa müddətini qısaltmaq qabiliyyətini gücləndirməyəçalışırıq”, – Malpas deyib.
Onun sözlərinə görə, pandemiyadan ən çox ən yoxsul və həssas ölkələr əziyyət çəkəcək. Bank rəsmiləri deyirlər ki, fövqəladə yardıma vacib tibbi ləvazimatlar sayılan maska və süni nəfəs aparatlarının alınması daxildir.
25 ölkənin ardınca daha 40 ölkəyə yardım göstəriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar