Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Böyük Britaniyanın baş naziri xəstəxanaya yerləşdirildi

Baxılıb: 757     Tarix: 06-04-2020 08:34   

Böyük Britaniyanın baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report” "Sky News" telekanlına istinadən xəbər verir.
Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalıb. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.
“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson bildirib.
Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}