Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü

Baxılıb: 722     Tarix: 06-04-2020 08:46   

Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.
Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.
Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.
Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çini Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar