Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrandan mülki təyyarəyə hücumla bağlı məsuliyyətsiz açıqlama - "Hərbçilər yaxşı nəticə əldə ediblər"

Baxılıb: 744     Tarix: 07-04-2020 10:58   

İran parlamentinin deputatı Həsən Novruzinin sözləri Ukrayna hökuməti tərəfindən birmənalı qarşılanmayıb, buna görə də rəsmi Kiyev Tehrandan buna aydınlıq gətirilməsini istəyib. Bunu Ukraynanın Baş Nazirinin müavini Vadim Pristayko bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Novruzi deyib ki, İran hərbçiləri Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin vurulması zamanı “öz öhdəliklərini yaxşı yerinə yetiriblər”.
Bildirilir ki, İran parlamentinin deputatı, eləcə də qanunvericilik və hüquq məsələləri üzrə komissiyanın üzvü Həsən Novruzi Tehran üzərində təyyarənin vurulmasından sonra təqsirkarların həbs edilməsini mənasız addım adlandırıb və əlavə edib ki, iranlı hərbçilər “yaxşı nəticə” əldə ediblər.
“Biz bu bəyanatla bağlı İrandan təcili açıqlama istəyirik. O, insan həyatına tamamilə hörmətsizlik nümayiş etdirir. İrandan, Ukraynadan, Kanadadan, İsveçdən, Britaniyadan və Əfqanıstandan olan onlarla ailə müdafiəsiz mülki təyyarəyə hücum nəticəsində öz yaxınlarını itiriblər”, - deyə Pristayko “Twitter” səhifəsində yazıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar