Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kəşfiyyat təyyarələri havaya qalxdı - ABŞ təşvişdədir

Baxılıb: 709     Tarix: 07-04-2020 13:22   

ABŞ Hərbi Hava Qüvvələrinə aid kəşfiyyat təyyarəsi Koreya yarımadasının hava məkanında görülüb.
Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
"Aircraft Spots" hava nəqliyyat vasitələrini izləmə saytına istinadən verilən xəbərə görə, "RC-135W Rivet Joint" model elektron kəşfiyyat təyyarəsi Cənubi Koreyanın şimal-şərqindəki Qiongqi bölgəsi üzərində uçuşlar həyata keçirib.
Qeyd edək ki, ABŞ Şimali Koreya ilə nüvə görüşlərinin dayandırılmasından sonra rəsmi Pxenyanın yeni silah sınaqları və bənzər təxribatlarından narahatdır. Buna görə də ötən ilin son aylarından etibarən bölgədə kəşfiyyat uçuşlarını intensivləşdirib.
"Aircraft Spots" ötən il dekabr ayı boyunca "Boeing" firmasının istehsalı olan "RC-135W" elektron kəşfiyyat təyyarələri ilə yanaşı, "Northrop Grumman" şirkətinin istehsalı olan "E-8 Joint STARS" model birgə izləmə və radar sistemi təyyarələrinin Koreya yarımadası üzərində uçduğunu təsbit etmişdi./Publika.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar