Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qurbanqulu Berdıməhəmmədov kütləvi idman tədbiri keçirir – Prezident koronavirusa meydan oxuyur

Baxılıb: 926     Tarix: 08-04-2020 15:05   

Dünya Səhiyyə Günü münasibətilə Türkmənistanda kütləvi idman tədbirləri təşkil olunub. Bu arada dünyada koronavirus epidemiyasının yayılmasınıönləmək məqsədilə fiziki təcrid tədbirləri görülür.
Qazla zəngin bu Orta Asiya ölkəsi virusa yoluxma halının qeydə alınmadığını bildirir, pandemiya haqda hansısa müzakirəni isə qadağan edib.
Dövlət televiziyası aprelin 7-də Prezident Qurbanqulu Berdıməhəmmədovu at çapan, bir qrup məmurla velosiped sürən yerdə göstərib. Prezident bircə dəfə ötən həftə koronavirusun adını çəkmişdi.
Dövlət mediasının məlumatına görə, aprelin 7-də paytaxt Aşqabadda 3 min 500, ölkənin digər yerlərində isə 7 min velosipedçi yürüşəçıxıb, sağlam həyat tərzinə sadiqliyini nümayiş etdirib.

Rəsmi media parklarda gimnastika, akrobatika, cüdo, güləş, boks yarışları təşkil olunduğunu xəbər verib.
Medianın yaydığı məlumata görə, ictimaiyyət arasında pandemiyadan danışan şəxsləri mülki geyimlilər dərhal uzaqlaşdırır.
Hökumət martın 20-də Aşqabada giriş-çıxışı bağlayıb, buna heç bir rəsmi səbəb göstərilməyib. Ölkənin vilayətləri arasında nəqliyyat da məhdudlaşdırılıb, magistral yollarda buraxılış məntəqələri quraşdırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2