Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Səudiyyə Ərəbistanından gözlənilməz addım - Neftin bahalaşacağına əmindir

Baxılıb: 915     Tarix: 09-04-2020 19:40   

“Opek+” ölkələrinin aprelin 9-da keçiriləcək sammiti öncəsi Səudiyyə Ərəbistanı gözlənilməz qərar verib. 
Qanunvehedef.az xəbər verir ki, “The Wall Street Journal” Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun Avropanın 4 iri neft emalı şirkətinin iri səhm paketlərini aldığına dair məlumat yayıb.
Məlumatda deyilir ki, şəxsən şahzadə Məhəmməd ibn Salmanın rəhbərlik etdiyi fond İngiltərə və Hollandiyanın birgə şirkəti olan “Royal Dutch Shell”, İtaliyanın “Eni”, Norveçin “Equinor” və Fransanın ”Total” şirkətlərinin iri səhm paketlərinin alışına 1 milyard ABŞ dollarına yaxın pul xərcləyib. “Neft müharibəsi” və büdcə kəsiri ilə üz-üzə qalan Səudiyyə Ərəbistanının bu addımı mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb.
Ancaq onların böyük əksəriyyəti bu qənaətdədirlər ki, ərəblər bu addımları ilə neftin bahalaşacağına stavka etdiklərini göstərirlər. Və “qara qızıl”ın tezliklə daha yüksək qiymətə satılacağına əmindirlər. Çünki bu halda həmin səhmlərin yenidən bahalaşacağı şübhəsizdir. Əks halda, həmin qiymətli kağızların alınması heç bir məntiqə sığmır.
Müşashidəçilər hesab edirlər ki, aprelin 9-da keçiriləcək “OPEK+” sammitində, eləcə də bundan bir gün sonraya planlaşdırılan “Böyük doqquzluq” ölkələri energetika nazirlərinin toplantısında qəbul ediləcək qərarlar neftin qiymətində dönüş yaradacaq. Qiymətlərin yüksələcəyini bildirən mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanı da buna əmin olmasaydı, belə bir çətin dönəmdə iri miqyaslı səhm paketlərini almazdı.
Xatırladaq ki, sözügedən sammitdən sonra dünya neft bazarından 10-15 miyon barrel neftin geri çəkiləcəyi, yəni hasilatın azldılacağına dair qərarların qəbul olunacağı gözlənilir. Donald Trampın son bəyanatlarının, Rusiya ilə Səudiyyə Ərəbistanının ünvanına səsləndirdiyi hədələrin neft qiymətlərinə və tərəflərin razılığa gəlməsinə ciddi təsir göstərdiyi qeyd olunur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər