Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tramp Səudiyyə kralı və Putinlə "yaxşı söhbət" edib

Baxılıb: 785     Tarix: 10-04-2020 09:27   

Bu gün ABŞ prezidenti Donald Tramp neftin qiymətini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, OPEC + dünyada neft qiymətlərini sabitləşdirmək üçün hasilatın azaldılması ilə bağlı razılığa yaxındır.
“Bizim çox yaxşı söhbətimiz oldu. Görək nə baş verir. Bildiyiniz kimi, OPEC bu gün görüşdü. Deyərdim ki, razılaşmağa yaxındırlar. Bir azdan biləcəyik”.
Tramp əlavə edib ki, xarici liderlərlə telefon danışığı bir saatdan çox davam edib.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ qlobal tənəzzülə səbəb olduğu üçün neftin qiymətinin aşağı olmasında maraqlı deyil.
"Koronavirus pandemiyası səbəbindən neft məhsullarına tələbat 40% azalıb, ölkə hökuməti “milyonlarla barel” nefti saxlamağa məcbur olublar. Biz milyonlarla barel nefti anbarlara göndərmişik, heç kim bunun mümkün olacağını düşünməmişdi”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar