Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Almaniyada koronavirus xəstələrinin sayı 120 mini ötüb

Baxılıb: 731     Tarix: 12-04-2020 08:36   

Almaniyada 2 678 nəfər koronavirusun qurbanı olub.
Bu barədə “Report” DPA agentliyinə istinadla xəbər verir.
Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 121 324 təşkil edir.
Son bir gün ərzində daha 4 717 nəfərin (4% artım) koronavirusa yoluxduğu aşkarlanıb, 207 nəfər ölüb.
Almaniyada epidemiyanın başlanğıcından ümumilikdə 57 400 xəstə sağalıb. Ölkədə infeksiyadan ölüm faizi nisbətən aşağıdır - təxminən 2%.
Bavariya əvvəlki kimi koronavirusun yayılmasının episentridir. Burada 31 770-dən çox insan COVID-19 infeksiyasına yoluxub və azı 760 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.шаблоны для dle 11.2